İdman

Ehtiram Quliyevin açıqlamalarına görə klubuna AĞIR CƏZA

09 Apr 2026, 14:32 1 baxış
Ehtiram Quliyevin açıqlamalarına görə klubuna AĞIR CƏZA
Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunu olan "Turan Tovuz" - "Zirə" qarşılaşmasından sonra hər iki klub cəzalandırılıb. Oxu.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib. Aprelin 3-də keçirilən görüş zamanı "Turan Tovuz" azarkeşlərinin hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə klub 5 000 manat cərimə olunub. Bundan əlavə, oyundan sonra "Turan Tovuz" klubunun idarə heyətinin sədri Ehtiram Quliyevin AFFA-nın, onun orqanlarının və üzv təşkilatlarının nüfuzunu aşağılayan açıqlamalar verməsi səbəbindən klub daha 15 000 manat cərimə edilib. Beləliklə, "Turan Tovuz"un ümumi cəriməsi 20 000 manat təşkil edib. Digər tərəfdən, qarşılaşmada "Zirə" komandasının 4 futbolçusunun sarı vərəqə almasına görə klub 700 manat məbləğində cərimələnib.
Mənbə oxu.az

Oxşar Xəbərlər