İdman
Həsrət Cəfərov və Qaşım Maqomedova yeni Olimpiya medalları təqdim edilib - VİDEO
Bu gün Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası keçirilib. Oxu.Az xəbər verir ki, İK-nın iclasını MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə açaraq, toplaşanları gündəlikdəki məsələlərlə tanış edib. Gündəliyə Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımızın aşınmaya məruz qalmış və yenisi ilə əvəz olunmuş medallarının Olimpiya mükafatçılarına təqdim edilməsi, MOK-un layihələri və proqramları haqqında hesabat, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının yekun nəticələri, komanda idman növlərinə nəzarəti daha da artırmaq məqsədilə yeni Ekspertlər Şurasının yaradılması, Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illik yubileyinin təntənəli keçirilməsi və cari məsələlər daxil edilib.
İclasda Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımızın aşınmaya məruz qalmış və yenisi ilə əvəz olunmuş medalları Olimpiya mükafatçıları - güləşçi Həsrət Cəfərova və taekvondoçu Qaşım Maqomedova təqdim edilib. Qeyd edək ki, Azərbaycan idmançıları Paris Olimpiadasında 7 medal qazanıblar. Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Alfonso Dominqeslə yanaşı, taekvondoçu Qaşım Maqomedov (58 kq) yalnız finalda uduzaraq gümüş medal əldə ediblər. Yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq), sərbəst güləşçilərdən isə Giorgi Meşvildişvili (125 kq) ilə Maqomedxan Maqomedov (97 kq) bürünc mükafata sahib çıxıblar. H.Heydərov və M.Maqomedovdan başqa digər beş idmançının medalları keyfiyyətini itirib. Daha sonra MOK-un beynəlxalq idarəsinin müdiri Ceyhun Rəhmanov qurumun layihələri və proqramları haqqında hesabatla çıxış edib.

Mənbə
oxu.az