Dünya

NATO-nun Yaponiyaya ən geniştərkibli səfəri: Gündəlikdə Rusiya və Çinlə bağlı məsələlər də var

09 Apr 2026, 11:20 1 baxış
NATO-nun Yaponiyaya ən geniştərkibli səfəri: Gündəlikdə Rusiya və Çinlə bağlı məsələlər də var
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) qərargahından təxminən 30 ölkənin nümayəndələri mayın ortalarında Yaponiyaya səfər etmək niyyətindədirlər. Oxu.Az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Nümayəndə heyətinin Rusiya və Çinə qarşı siyasəti müzakirə edəcəyi, eləcə də gələcək əməkdaşlıq imkanlarını araşdırmaq üçün Yaponiya müdafiə sənayesinin nümayəndələri ilə görüşəcəyi gözlənilir. Gündəmdəki məsələlərdən biri Tokio yaxınlığındakı Yokosukadakı ABŞ hərbi bazasına səfərdir. Kanalın məlumatına görə, alyans təmsilçiləri səfər çərçivəsində Yaponiya-ABŞ münasibətlərinin mövcud durumunu da təhlil edəcəklər. Bu mövzuya maraq ABŞ Prezidenti Donald Trampın NATO-ya qarşı tənqidlərindən qaynaqlanır. Qeyd edilir ki, bu, NATO-nun indiyə qədər Yaponiyaya yollanan ən geniştərkibli nümayəndə heyəti olacaq. Alyans, həmçinin Asiya regionunda əməkdaşlığı gücləndirmək məqsədilə Cənubu Koreyaya da səfər etməyi planlaşdırır.
Mənbə oxu.az

Oxşar Xəbərlər