Dünya

Neft qiymətlərində dalğalanma - Kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI

09 Apr 2026, 10:24 1 baxış
Neft qiymətlərində dalğalanma - Kəskin ucuzlaşmadan sonra yenidən BAHALAŞDI
ABŞ Prezidenti Donald Trampın İranla bağlı bəyanatları fonunda kəskin ucuzlaşan neftin qiymətləri dünya bazarında yenidən bahalaşıb. Oxu.Az xəbər verir ki, bu, ticarət məlumatlarından aydın olur. Bakı vaxtı ilə saat 9:10-da Londonun ICE birjasında 2026-cı ilin iyun ayına çatdırılma ilə "Brent" markalı neftin füçerslərinin qiyməti 2.68 dollar (1.19%) artaraq bir barel üçün 97.43 dollara çatıb. Nyu-York Ticarət Birjasında (NYMEX) may ayına çatdırılma ilə WTI markalı xam neftin füçerslərinin qiyməti isə 3.51 ​​dollar (3.72%) artaraq bir barel üçün 97.72 dollar olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər