Dünya

Türkiyədə məşhurlara qarşı əməliyyat: Mert Demir də daxil olmaqla 14 nəfər barəsində qərar verildi

09 Apr 2026, 10:32 1 baxış
Türkiyədə məşhurlara qarşı əməliyyat: Mert Demir də daxil olmaqla 14 nəfər barəsində qərar verildi
Türkiyədə İstanbul Anadolu Baş Prokurorluğunun rəhbərliyi altında məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində yeni əməliyyat dalğası həyata keçirilib. Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir. Məlumata görə, "Narkotik və ya stimullaşdırıcı maddələrin satın alınması, qəbul edilməsi, saxlanması, istifadəsi və təmin edilməsi" cinayətlərində iştirak etdiyi ehtimal edilən şübhəlilər barəsində prosedurlar başlanıb. Eyni zamanda axtarış və müsadirə əməliyyatları həyata keçirilib. Əməliyyat nəticəsində 14 şübhəlidən 11-i nəzarətə alınıb, 2 şübhəlinin tutulması üçün işlər davam edir. Bir şübhəlinin isə ölkə xaricində olduğu müəyyənləşib. Baş Prokurorluğun yaydığı məlumatda vurğulanıb ki, cəmiyyətin sağlamlığına qarşı törədilmiş cinayətlərlə mübarizə üzrə istintaq çox ciddi şəkildə və qətiyyətlə davam etdirilir. Beləliklə, əməliyyatda aşağıdakı məşhurlar saxlanılıblar: 1. Hafsanur Sancaktutan 2. Emir Can İğrek 3. Somer Sivrioğlu 4. Serra Pirinç 5. Ogün Alibaş 6. Utku Ünsal 7. Sinem Özenç Ünsal 8. Elif Büşra Pekin 9. Ahsen Eroğlu 10. Burak Deniz 11. Mert Demir 12. Emre (FEL) Öztürk 13. Ender Eroğlu 14. Enes Güler.
Mənbə oxu.az

Oxşar Xəbərlər