İdman
UEFA Çempionlar Liqası: "Barselona" "Atletiko Madrid"ə, "Liverpul" isə PSJ-yə uduzdu - VİDEO
UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub. Oxu.Az xəbər verir ki, bu gecə iki görüş baş tutub. Turnirin ötənilki qalibi PSJ evdə "Liverpul"u qəbul edib. Qarşılaşma parislilərin inamlı qələbəsi ilə yekunlaşıb - 2:0. Qolların müəllifləri Dezire Due və Xviça Kvaratsxeliya olublar.
Digər matçda İspaniyanın iki təmsilçisi - "Barselona" və "Atletiko Madrid" üz-üzə gəliblər. Pau Kubarsinin 44-cü dəqiqədə qırmızı vərəqə alaraq azlıqda qoyduğu "Barselona" evdə rəqibinə uduzub - 0:2. Madridlilərdən Xulian Alvares və Aleksanr Sörlot fərqləniblər.
Hər iki cütlük arasında cavab qarşılaşması aprelin 14-də keçiriləcək.

Mənbə
oxu.az