İdman

PSJ-dən 100 milyonluq transfer bombası: "Çelsi"nin istedadı Parisə yollana bilər - FOTO

08 Apr 2026, 23:36 1 baxış
PSJ-dən 100 milyonluq transfer bombası: "Çelsi"nin istedadı Parisə yollana bilər - FOTO
"Çelsi"nin gənc vingeri Estevanın PSJ-yə keçidi reallaşmağa yaxındır. Oxu.Az xəbər verir ki, Paris klubu yarımmüdafiəçisi Bredli Barkola komandadan ayrılmaq qərarı verərsə, 18 yaşlı futbolçunu dərhal rənglərinə bağlamaqda maraqlıdır. Ehtimal olunan bu nəhəng müqavilənin dəyərinin təqribən 100 milyon avro təşkil edəcəyi gözlənilir. Qeyd edək ki, Estevan cari mövsümdə iştirak etdiyi bütün turnirlərdə ümumilikdə 34 oyuna çıxaraq, 8 dəfə fərqlənməyi və 4 məhsuldar ötürmə ilə yadda qalmağı bacarıb.
PSJ-dən 100 milyonluq transfer bombası: "Çelsi"nin istedadı Parisə yollana bilər - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər