İdman
UEFA Avropa Liqası: "Braqa" öz meydanında "Real Betis"ə qalib gələ bilmədi
UEFA Avropa Liqasının 1/4 final mərhələsinin oyunlarına "Braqa" - "Real Betis" matçı ilə start verilib. Oxu.Az xəbər verir ki, "Munisipal-di-Braqa" stadionunda baş tutmuş görüş qollu heç-heçə ilə yekunlaşıb - 1:1. Florian Qriliç 5-ci dəqiqədə ev sahiblərini hesabda önə çıxarıb. Qonaqlardan Kuço Ernandes 62-ci dəqiqədə penaltini dəqiq yerinə yetirməklə yekun hesabı müəyyənləşdirib. Tərəflər arasında cavab qarşılaşması aprelin 16-da keçiriləcək.
Mənbə
oxu.az