İdman
Rumıniyada Mirça Luçesku ilə vida mərasimi keçirilib
80 yaşında vəfat edən rumıniyalı məşqçi Mirça Luçesku üçün Rumıniyanın paytaxtı Buxarestdəki "Arena Nationala" stadionunda rəsmi vida mərasimi keçirilib. Oxu.Az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir. Hərtərəfli təhlükəsizlik və protokol tədbirlərinin tətbiq olunduğu stadion sabah da günboyu ziyarətçilər üçün açıq saxlanılacaq. Luçeskunun cənazəsi cümə günü keçiriləcək dini mərasimlə birgə "Bellu" qəbiristanlığında dəfn olunacaq.
Mənbə
oxu.az