İdman

Olimpiya mükafatçılarımızın medalları dəyişdirilir

08 Apr 2026, 16:30 1 baxış
Olimpiya mükafatçılarımızın medalları dəyişdirilir
Azərbaycanın tanınmış idmançıları - taekvondoçu Qaşım Maqomedov və yunan-Roma güləşçisi Həsrət Cəfərov tezliklə yeni medallarına qovuşacaqlar. Oxu.Az xəbər verir ki, idmançılarımızın Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları medallar sonradan aşınmaya məruz qaldığı üçün yenisi ilə əvəz edilib. Artıq sabah Olimpiya mükafatçılarımız Milli Olimpiya Komitəsinə (MOK) dəvət olunacaqlar. MOK-un İcraiyyə Komitəsinin iclasında yenisi ilə əvəz olunan medallar idmançılarımıza təqdim ediləcək. Xatırladaq ki, paytaxt Parisdə keçirilən 2024-cü il Yay Olimpiya Oyunlarında taekvondoçumuz Qaşım Maqomedov fəxri kürsünün ikinci pilləsinə qalxaraq gümüş, yunan-Roma güləşçimiz Həsrət Cəfərov isə üçüncü yeri tutaraq bürünc medal qazanmışdılar.
Mənbə oxu.az

Oxşar Xəbərlər