İdman
Rauf Xəlilov növbəti dörd il üçün yenidən federasiya prezidenti seçildi
"Azərbaycan Qolf Federasiyası" İctimai Birliyinin ümumi yığıncağı keçirilib. Oxu.Az xəbər verir ki, yığıncaqda federasiya rəhbərliyinə seçki keçirilib. Səsvermənin nəticələrinə əsasən, Rauf Xəlilov növbəti dörd il müddətinə federasiyanın prezidenti seçilib. Həmçinin Zakir İbrahimov və Anar Əzimov federasiyanın vitse-prezidentləri, Kamran Qasımov, Zaur İbrahimov və Kamal İbrahimov isə İdarə Heyətinin üzvləri seçiliblər. Eyni zamanda, Nəzarət-Təftiş Komissiyasına da seçki keçirilib. Afaq Zeynalova komissiyanın sədri, Nigar İbrahimova və Səmayə Rəsulzadə isə komissiyaya üzv seçiliblər.
Mənbə
oxu.az