İdman
"Arsenal"ın gənc istedadı Lamin Yamalın məşhur rekordunu qırıb
"Arsenal"ın gənc yarımmüdafiəçisi Maks Douman "Barselona"nın ulduzu Lamin Yamalın məşhur rekordunu yeniləyib. Oxu.Az xəbər verir ki, UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin "Sportinq"lə (1:0) ilk matçında "Arsenal"ın yarımmüdafiəçisi Maks Douman 76-cı dəqiqədə əvəzetmədən meydana daxil olub. Bununla da ingilis futbolçu 16 yaş 97 günlüyündə Avropanın əsas klub turnirinin dörddəbir finalında çıxış edən tarixdə ən gənc oyunçu adını qazanıb. Qeyd edək ki, Yamal 2023/24 mövsümündə PSJ-yə qarşı oynayarkən 16 yaş 272 günlüyündə olub.
Mənbə
oxu.az