İdman
Ançelotti milli komandaların ən çox pul qazanan məşqçisi olacaq
Braziliya Futbol Konfederasiyası (CBF) milli komandanın baş məşqçisi Karlo Ançelotti ilə müqavilənin müddətini uzadıb. Oxu.Az "ESPN Brazil"'ə istinadən xəbər verir ki, 66 yaşlı italyanla saziş 2030-cu ilə qədər nəzərdə tutulub. Ançelottinin maaşı illik 10 milyon avro təşkil edəcək, o, milli komandaların ən yüksək ödənişli məşqçisi olacaq. Əvvəlki müqavilə 2026-cı il dünya çempionatından sonra başa çatırdı. Ançelotti Braziliya millisinə 26 may 2025-ci il tarixində rəhbərlik etməyə başlayıb. Onun rəhbərliyi altında komanda 10 oyun keçirib - 5 qələbə, 2 heç-heçə və 3 məğlubiyyət.
Mənbə
oxu.az