İdman
"Qalatasaray"ın müdafiəçisi "Napoli"nin hədəfində: Yay transfer pəncərəsində sürpriz gözlənilir - FOTO
Türkiyənin "Qalatasaray" klubunun arxa xəttindəki çıxışı ilə diqqət çəkən müdafiəçi Uilfrid Sinqo İtaliya A Seriyasına transferə hazırlaşır. Oxu.Az-ın məlumatına görə, İtaliyanın köklü klublarından olan "Napoli" Kot-d'İvuar yığmasının istedadlı üzvünü öz rənglərinə bağlamaq niyyətindədir. Neapol təmsilçisinin idman direktoru Covanni Manna artıq Sinqonun adını rəsmi transfer siyahısına əlavə edib. Son İtaliya çempionu yay transfer pəncərəsində 25 yaşlı mərkəz müdafiəçisinin keçidini tamamlamaq üçün hərəkətə keçəcək. Məlumat üçün bildirək ki, Uilfred Sinqo cari mövsümdə "Qalatasaray" forması ilə çıxdığı bütün turnirlərdə ümumilikdə 23 qarşılaşmada iştirak edərək rəqib qapılarına iki dəfə yol tapıb və üç məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə
oxu.az