İdman
"Arsenal"da ciddi itkilər: "Sportinq"lə matçda iki əsas futbolçusu oynamayacaq - FOTO
İngiltərə Premyer Liqasının nəhənglərindən olan "Arsenal" mühüm qarşılaşma ərəfəsində iki böyük itki ilə üzləşib. Oxu.Az xəbər verir ki, "topçular" UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində səfərdə "Sportinq"lə keçiriləcək gərgin matça Bukayo Saka və Yurien Timberdən məhrum vəziyyətdə çıxacaqlar. Bununla belə, komandanın baş məşqçisi Arteta azarkeşlər üçün müsbət məqamları da qeyd edib. O bildirib ki, Deklan Rays, Qabriel Maqalhaeş və Leandro Trossard bu matçda meydanda yer alacaqlar. Xatırladaq ki, futbol həvəskarlarının böyük maraqla gözlədiyi "Sportinq" - "Arsenal" qarşılaşmasının start fiti bu gün Bakı vaxtı ilə 23:00-da səslənəcək.
Mənbə
oxu.az