İdman
"Sumqayıt" baş məşqçisi ilə bağlı qərar verdi
Uğursuz nəticələrə baxmayaraq, "Sumqayıt"ın baş məşqçisi Saşa İliç müqaviləsinin sonunadək komandada qalacaq. Oxu.Az xəbər verir ki, bu barədə AZƏRTAC-a "gənclik şəhəri" təmsilçisinin mətbuat katibi Zaur Xudiyev məlumat verib. Onun sözlərinə görə, klub rəhbərliyi serbiyalı mütəxəssislə istefa barədə hər hansı görüş keçirməyib: "Belə bir toplantı planlaşdırılmayıb. O, hazırda komanda ilə birgə məşqlərdə iştirak edir. Ən azı müqaviləsinin sonunadək - yəni bu ilin iyul ayına qədər komandada qalaraq fəaliyyətini davam etdirəcək". Qeyd edək ki, "Sumqayıt" hazırda Premyer Liqanın turnir cədvəlində 32 xalla 7-ci pillədə qərarlaşıb.
Mənbə
oxu.az