İdman
Mirça Luçeskunun oğlu atasının səhhəti barədə müraciət edib
Səhhətində ciddi problem yaranan Rumıniya millisinin sabiq baş məşqçisi Mirça Luçeskunun oğlu Rzavan Luçesku ictimaiyyətə açıqlama verib. Oxu.Az xəbər verir ki, atasının durumu barədə "Gazeta Sporturilor" nəşrinə danışan Rzavan Luçesku insanları həssas olmağa çağırıb. "Hazırda çox çətin bir dövrdən keçirik və hər kəsdən bu vəziyyətə anlayışla, hörmətlə yanaşmasını xahiş edirəm. Bütün rəsmi və lazımi məlumatlar yalnız səlahiyyətli tibb işçiləri tərəfindən açıqlanacaq", - deyə o bildirib. Tibb mütəxəssislərinin verdiyi məlumata əsasən, hazırda Luçeskunun səhhəti sabitləşsə də, vəziyyəti hələ də ağır olaraq qalmaqdadır. Xatırladaq ki, aprelin 3-də Luçeskunun kəskin miokard infarktı keçirdiyi barədə məlumat yayılmışdı. Təcrübəli mütəxəssis Rumıniya millisində çalışarkən səhhətində yaranan problemlərə görə martın 29-da xəstəxanaya yerləşdirilmişdi. Tibb müəssisəsindən evə buraxılması gözlənilən gün onun səhhəti qəfil daha da kəskinləşmişdi.
Mənbə
oxu.az