İdman
"Real Madrid"in "Bavariya" ilə oyunu hansı kanalda yayımlanacaq?
Bu axşam UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Oxu.Az xəbər verir ki, gecənin mərkəzi qarşılaşmasında "Real Madrid" İspaniyada Almaniyanın "Bavariya" klubunu qəbul edəcək. İzləyicilər "Real Madrid" - "Bavariya" oyununu "CBC Sport" TV-də izləyə biləcəklər. Günün digər maraqlı qarşılaşmasında isə "Sportinq" klubun Portuqaliyada İngiltərənin "Arsenal" klubu ilə üz-üzə gələcək. "Sportinq" - "Arsenal" qarşılaşması isə İctimai TV-də canlı yayımlanacaq. UEFA Çempionlar Liqası 1/4 final mərhələsi 7 aprel Saat 00:00, "Real Madrid" - "Bavariya" ("CBC Sport" TV); Saat 00:00, "Sportinq" - "Arsenal" (İctimai TV).
Mənbə
oxu.az