İdman
"Barselona" ulduzunu necə mükafatlandırıb? - Lamin Yamalın inanılmaz məvacibi
"Barselona" gənc ulduzu Lamin Yamalı olduqca sərfəli və diqqətçəkən bir müqavilə ilə mükafatlandırıb. Oxu.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, tərəflər 2032-ci ilə qədər etibarlı olacaq sənədə imza atıblar və klub Yamala aylıq 1.33 milyon avro məvacib ödəyir. İstedadlı futbolçu bu il ərzində ümumilikdə 16 milyon avrodan çox gəlir əldə etmək imkanına malikdir, lakin vergi tutulmalarından sonra onun xalis qazancı 10 milyon avro təşkil edəcək. Bununla belə, sənəddəki xüsusi bəndlər hesabına həmin məbləğin daha da artması mümkündür. Belə ki, Yamalın müqaviləsində komanda ilə qazanılan kuboklara, eləcə də futbol dünyasının ən nüfuzlu fərdi mükafatı olan "Qızıl top"a sahib çıxmaq ehtimalına görə irihəcmli bonuslar nəzərdə tutulub. Əgər bu hədəflər uğurla reallaşarsa, onun maaşı fantastik həddə - ayda 10 milyon avroya qədər yüksələcək.
Mənbə
oxu.az