Dünya

Almaniyada radioaktiv element tapıldı: Sakinlər böyük faciədən son anda qurtuldular

07 Apr 2026, 05:46 1 baxış
Almaniyada radioaktiv element tapıldı: Sakinlər böyük faciədən son anda qurtuldular
Almaniyanın cənub-qərbindəki Fayhingen şəhəri yaxınlığında Pasxa yumurtası axtarışına çıxan iki sakinin tapıntısı genişmiqyaslı xüsusi əməliyyata səbəb olub. Oxu.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, vətəndaşlar meşəlik ərazidə üzərində "Polonium-210" etiketi olan şübhəli flakon aşkarlayıblar. Qırmızı qapaqlı, ağ rəngli plastik qabı görən şəxslər dərhal xilasetmə xidməti ilə əlaqə saxlayıblar. Təhlükənin ciddiliyi nəzərə alınaraq, hadisə yerinə radiasiya təhlükəsizliyi qrupu da daxil olmaqla, 138 nəfərə yaxın çevik reaksiya əməkdaşı cəlb edilib. Mütəxəssislər şübhəli flakonu müsadirə edərək, onun xüsusi şəraitdə daşınmasını təmin ediblər. Xilasetmə qüvvələrinin məlumatına görə, qabın üzərindəki yazı sadə əlyazma deyil, rəsmi şriftlərlə çap olunmuş etiketdir. Qeyd edək ki, polonium güclü radioaktiv və radiotoksik xüsusiyyətlərə malik elementdir. Onun tənəffüs yolları və ya açıq yaralar vasitəsilə orqanizmə daxil olması ölümcül fəsadlar törədir. Xoşbəxtlikdən, hadisə yerində aparılan ilkin sınaqların nəticələri mənfi çıxıb, sızma aşkar edilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər