Dünya
Yaxın Şərqdə gərginlik Britaniyada balıq və çips sektoruna zərbə vurdu
Yaxın Şərqdə baş verən toqquşmalardan sonra enerjidaşıyıcılarının dəyərinin yüksəlməsi Böyük Britaniyanın məşhur balıq və çips sektoruna ziyan vurub. Oxu.Az xəbər verir ki, bu barədə "France-Presse" məlumat yayıb. Məlumata əsasən, gərginlikdən öncə Britaniya balıqçıları Şimal dənizində bu fastfudun əsas inqrediyentləri sayılan pikşa və treska balıqlarının ovlanmasına təqribən 5 000 funt sterlinq xərcləyirdilər. Hazırda isə yanacaq məsrəfləri azı iki dəfə çoxalıb. Agentliyə danışan balıqçılardan biri qeyd edib ki, sonuncu səfər zamanı təqribən 10 000 funt sterlinq xərc çəkilib. O əlavə edib ki, mövcud templə illik əlavə xərclər 100 000 funt sterlinqdən çox ola bilər. Vurğulanır ki, yanacağın bahalaşması balığın dəyərinin yüksəlməsinə ani təsir etməyə bilər, ancaq istehsalçılar kafelərdə ziyarətçi sayının aşağı düşməsi üzündən tələbatın enəcəyindən təşvişə düşüblər. Xatırladaq ki, martın sonu və aprelin əvvəlində ABŞ ilə İsrailin İrana qarşı atdığı addımlar, həmçinin Hörmüz boğazında gəmiçilikdə yaranan ləngimələr səbəbindən Avropada yanacağın qiyməti kəskin şəkildə bahalaşmağa başlayıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər