Dünya

İsrail Yunanıstana PULS raket sistemləri tədarük edəcək

07 Apr 2026, 02:36 1 baxış
İsrail Yunanıstana  PULS raket sistemləri tədarük edəcək
İsrail və Yunanıstan rəsmiləri İsrail istehsalı PULS raket sistemlərinin Afinaya tədarükü barədə müqavilə imzalayıblar. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Sövdələşmənin məbləği təxminən 750 milyon dollar təşkil edəcək. PULS reaktiv yaylım atəş sistemləri İsrailin "Elbit Systems" şirkəti tərəfindən istehsal olunur. Qurğu təkərli və tırtıllı platformalara yerləşdirilə bilər və 12-dən 300 km-ədək məsafədə müxtəlif tipli mərmilərlə hədəfə atəş açmaq qabiliyyətinə malikdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər