Dünya

Almaniyada dizel yanacağının qiyməti rekord həddə yüksəlib

07 Apr 2026, 00:48 1 baxış
Almaniyada dizel yanacağının qiyməti rekord həddə yüksəlib
Aprelin 6-da Almaniyada dizel yanacağının qiyməti litr üçün 2.487 (4.87 manat - red.) avroya yüksələrək rekord səviyyəyə çatıb. Oxu.Az "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə Almaniyanın Avtomobil Assosiasiyası (ADAC) məlumat yayıb. Məlumata görə, yanacağın bahalaşması Yaxın Şərqdə davam edən münaqişə fonunda dünya neft qiymətlərinin artması və Hörmüz boğazı bölgəsində gəmiçiliyin çətinləşməsi ilə əlaqələndirilir. Qeyd olunur ki, Almaniya hökumətinin son tədbirləri də qiymət artımının qarşısını ala bilməyib. Belə ki, ötən həftə qəbul edilən qanuna əsasən, yanacaq qiymətlərinin gün ərzində yalnız bir dəfə artırılmasına icazə verilir. Qanun aprelin 1-dən qüvvəyə minib.
Mənbə oxu.az

Oxşar Xəbərlər