İdman
Azərbaycanın 11 boksçusu "Böyük İpək Yolu" turnirində finala çıxıb
Bakıda boks üzrə ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turniri davam edir. Oxu.Az xəbər verir ki, yarışın beşinci günündə kişi boksçular arasında finalçılar bəlli olublar. Azərbaycan millisinin 11 idmançısı finala vəsiqə qazanıb. Onlardan səkkizi dörd çəkidə bir-biri ilə qarşılaşacaq. Yarımfinalda məğlub olan Zidan Hünbətov, Məhəmmədəli Qasımzadə, Sərxan Əliyev, Səidcəmşid Cəfərov, Rasim Çobanlı, Həsən Osmanlı, Murad Allahverdiyev və Səbuhi Əlizadə turniri bürünc medalla başa vurublar. Bununla da komandamızın hesabındakı bürünc mükafatların sayı 10-a yüksəlib. Ötən gün qadın boksçularımız Günel Rəhimova (51 kq) və Emili Rzayeva (65 kq) da yarışı üçüncü pillədə bitiriblər. Qeyd edək ki, Boks Mərkəzində 10 ölkənin iştirakı ilə keçirilən Böyük İpək Yolu beynəlxalq turnirində final döyüşləri aprelin 7-də, saat 13:00-da başlayacaq. Böyük İpək Yolu beynəlxalq turniri Yarımfinallar 50 kq Bilalhəbaşi Nəzərov (Azərbaycan) - Sahil Allahverdovi (Gürcüstan) - ikinci döyüşə gəlməyib Sübhan Mamedov (Azərbaycan) - Qoqa Topuriya (Gürcüstan) - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) 55 kq Amin Məmmədzadə (Azərbaycan) - Zidan Hünbətov (Azərbaycan) - 4:1 (30:27, 29:28, 29:28, 27:30, 30:27) Zəlimxan Süleymanov (Azərbaycan) - Timur Kabdeşov (Qazaxıstan) - 4:1 (29:28, 29:28, 27:30, 29:28, 29:28) 60 kq Məhəmmədəli Aşırəliyev (Azərbaycan) - Altınbek Nursultan (Qazaxıstan) - 5:0 (29:28, 29:28, 29:28, 30:27, 30:27) Məhəmmədəli Qasımzadə (Azərbaycan) - Tayfur Əliyev (Azərbaycan) - 1:4 (28:29, 29:28, 28:29, 27:30, 28:29) 65 kq Zaur Qəhrəmanov (Azərbaycan) - Asadbek Rajabov (Özbəkistan) - 4:1 (29:27, 29:27, 29:27, 27:29, 29:27) Malik Həsənov (Azərbaycan) - Viktorio İliyev (Bolqarıstan) - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) 70 kq Sərxan Əliyev (Azərbaycan) - Refik Kartal (Türkiyə) - 1:4 (28:29, 28:29, 28:29, 28:29, 29:28) 75 kq Səidcəmşid Cəfərov (Azərbaycan) - Georgi Natrosşvili (Gürcüstan) - rəqib qələbə qazanıb Rasim Çobanlı (Azərbaycan) - Şerbek Şokirov (Özbəkistan) - ikinci qalib gəlib 80 kq Həsən Osmanlı (Azərbaycan) - Bakbergen Aliaskarov (Qazaxıstan) - 1:4 (28:29, 29:28, 28:29, 28:29, 27:30) Seyid Seyidov (Azərbaycan) - Azamat Bektaş (Qazaxıstan) - 3:2 (29:28, 28:29, 29:28, 29:28, 30:27) 85 kq Murad Allahverdiyev (Azərbaycan) - Batırbek Benkur (Qazaxıstan) - 2:3 (30:27, 28:29, 27:30, 28:29, 30:27) 90 kq Surət Qarayev (Azərbaycan) - Simeon Boldirev (Bolqarıstan) - 3:2 (28:29, 29:28, 28:29, 29:28, 29:28) +90 kq Məhəmməd Abdullayev (Azərbaycan) - Kiril Georgiyev (Bolqarıstan) - 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) Səbuhi Əlizadə (Azərbaycan) - Aleksandr Şau (Avstraliya) - ikinci qalib gəlib
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az