Dünya

Tramp: "İran münaqişənin dayandırılması ilə bağlı "əhəmiyyətli təklif" verib"

06 Apr 2026, 20:30 1 baxış
Tramp: "İran münaqişənin dayandırılması ilə bağlı "əhəmiyyətli təklif" verib"
"Tehran münaqişənin dayandırılması ilə bağlı Vaşinqtona "əhəmiyyətli təklif" verib, lakin ABŞ onu yetərli hesab etmir". Oxu.Az TASS agentliyinə istinadən xəbər verir, bu barədə ABŞ Prezidenti Donald Tramp bəyan edib "Onlar bir təklif irəli sürüblər və bu, əhəmiyyətli təklifdir. Bu, ciddi addımdır. Kifayət qədər yaxşı olmasa da, əhəmiyyətli addımdır', - deyə o bildirib. Vaşinqton administrasiyasının rəhbəri iddia edir ki, İrana qarşı ABŞ-İsrail hərbi əməliyyatının başa çatması Tehran rəsmilərinin qərarlarından asılıdır. "Əgər İranın vəzifəli şəxsləri etməli olduqlarını etsələr, müharibə çox tez bitə bilər. Onlar müəyyən şeyləri etməlidirlər", - deyə ABŞ lideri Ağ Evdə jurnalistlərlə söhbəti zamanı bəyan edib. Bununla yanaşı, o, İrana verdiyi ultimatumun sonuncu olub-olmaması barədə suala təsdiqedici cavab verib. Daha əvvəl ABŞ prezidenti "Truth Social" şəbəkəsində hədələmişdi ki, əgər İran aprelin 6-dək Hörmüz boğazında genişmiqyaslı gəmiçiliyin bərpası üçün şərait yaratmasa, enerji və mülki infrastruktura zərbələr endiriləcək. Daha sonra o, İranla mümkün sövdələşmənin bağlanma müddətini bir sutka (aprelin 8-i Bakı vaxtı ilə saat 04:00-a qədər) uzadıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər