İdman

"Bavariya" Noyerin davamçısını tapıb - FOTO

06 Apr 2026, 19:24 1 baxış
"Bavariya" Noyerin davamçısını tapıb - FOTO
İngiltərənin "Brayton" klubunun qapıçısı Bart Verbrüggen üçün Almaniya Bundesliqasının qapıları açıla bilər. Oxu.Az "TEAMtalk"a istinadən xəbər verir ki, Almaniya nəhəngi "Bavariya" niderlandlı qolkiperi öz rənglərinə bağlamaq niyyətindədir. Münhen təmsilçisi 23 yaşlı "əlcək sahibi"ni komandanın hazırkı qapıçısı Manuel Noyerin əsas davamçısı kimi görür və bu keçidin reallaşmasında xüsusilə maraqlıdır. Məlumat üçün vurğulayaq ki, Bart Verbrüggen cari mövsümdə "Brayton"un forması ilə meydana çıxdığı 31 qarşılaşmada qapısından 37 top buraxıb.
"Bavariya" Noyerin davamçısını tapıb - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər