Dünya

İranın daha bir neft-kimya kompleksinə zərbələr endirildi

06 Apr 2026, 17:55 1 baxış
İranın daha bir neft-kimya kompleksinə zərbələr endirildi
İranın Mərvdəşt şəhərindəki neft-kimya kompleksi ABŞ və İsrailin zərbələri nəticəsində zərər çəkib və obyektlərdən birində yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb. "Yanğın neft-kimya kompleksinə hücumdan bir neçə dəqiqə sonra lokallaşdırılıb. Yalnız kiçik bir hissəyə ziyan dəyib", - deyə məlumatda bildirilib. Qeyd edilib ki, hadisə zamanı xəsarət alan olmayıb və obyektin fəaliyyəti pozulmayıb. ABŞ və İsrail qüvvələri İrana növbəti zərbələr endiriblər. Oxu.Az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb. Məlumata görə, Cənubi Pars neft və qaz yatağında yerləşən neft-kimya zavoduna hücum olunub. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər