İdman

Xankəndi yolunda qəzaya düşən PFL rəsmisi əməliyyat olunacaq? - AÇIQLAMA

06 Apr 2026, 16:20 1 baxış
Xankəndi yolunda qəzaya düşən PFL rəsmisi əməliyyat olunacaq? - AÇIQLAMA
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) vitse-prezidenti Aslan Şahgəldiyevin əməliyyat olunması gözlənilmir. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq PFL-in Media və marketinq direktoru Sənan Abdullayev məlumat verib. Qurum rəsmisinin sözlərinə görə, tibb mütəxəssisləri tərəfindən A.Şahgəldiyevə ardıcıl fizioterapiya seansları məsləhət görülüb və o, hazırda həmin bərpa prosesini davam etdirir. Qeyd edək ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito" avtomobili Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetmədən çıxaraq yol nişanına çırpılıb. Nəticədə PFL-in prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər