Dünya
Peskovdan Ukrayna danışıqlarında fasilə ilə bağlı MARAQLI AÇIQLAMA: "Amerikalıların işi çoxdur"
"Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar prosesi hazırda dayandırılıb". Oxu.Az-ın "İzvestiya" nəşrinə istinadən xəbərinə görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib: "Danışıqlar prosesinə gəldikdə, bəli, hazırda fasilə vəziyyətindədir. Amerikalıların işi çoxdur, məlumdur ki, söhbət hansı işlərdən gedir. Bu baxımdan hazırda üçtərəfli formatda toplaşmaq çətindir". O bildirib ki, mövcud kanallar vasitəsilə ABŞ rəsmiləri ilə məlumat mübadiləsi davam edir.
Mənbə
oxu.az
Oxşar Xəbərlər