Dünya

KİV: İran müvəqqəti atəşkəsə görə Hörmüz boğazını açmayacaq

06 Apr 2026, 16:52 1 baxış
KİV: İran müvəqqəti atəşkəsə görə Hörmüz boğazını açmayacaq
"İran müvəqqəti atəşkəs müqabilində Hörmüz boğazını açmayacaq" Oxu.Az xəbər verir ki, bu barədə İranın yüksəkvəzifəli rəsmisi "Reuters" agentliyinə müsahibəsində bildirib. O əlavə edib ki, Tehran Vaşinqtonun daimi atəşkəsə hazır olmadığına inanır. Rəsmi şəxs İranın Pakistanın təcili atəşkəs təklifini aldığını və hazırda onu araşdırdığını təsdiqləyib. Bildirib ki, Tehran müəyyən bir müddət ərzində qərar qəbul etmək üçün təzyiq göstərmək cəhdlərini rədd edir. Xatırladaq ki, bundan əvvəl "Reuters" agentliyi bildirib ki, İran və ABŞ Pakistanın hazırlayıb təqdim etdiyi atəşkəs planını alıblar, bütün müddəalar aprelin 6-da razılaşdırıla bilər. Məlumata görə, sənəd ikimərhələli yanaşma nəzərdə tutur: dərhal atəşkəslə başlayıb, ardınca hərtərəfli sazişin bağlanması.
Mənbə oxu.az

Oxşar Xəbərlər