İdman
Rəhim Həsənov təsdiqlədi: Əliyar Ağayev "Turan Tovuz"un iki penaltisini verməyib - VİDEO
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk matçlarında yaşanan mübahisəli hakim qərarlarına aydınlıq gətirib. Oxu.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komitə sədri "Turan Tovuz" və "Zirə" komandaları arasındakı qarşılaşmada (0:2) baş hakim Əliyar Ağayevin iki fərqli epizodda yanlış qərar qəbul etdiyini təsdiqləyib.
R.Həsənov "Qarabağ" - "Sabah" (2:2) görüşündə Rauf Cabbarovun doğru qərarlar verdiyini vurğulayıb. Qeyd edək ki, finalçıların adlarına aprelin 21-də və 22-də keçiriləcək həlledici cavab qarşılaşmalarında aydınlıq gələcək.

Mənbə
oxu.az