Dünya

İndoneziyada vulkan qəflətən püskürdü: Sakinlər təxliyəyə çağırıldılar - VIDEO

06 Apr 2026, 15:46 1 baxış
İndoneziyada vulkan qəflətən püskürdü: Sakinlər təxliyəyə çağırıldılar - VIDEO
İndoneziyanın Şərqi Yava regionunda Semeru vulkanının fəaliyyətə keçməsi müşahidə edilib. Oxu.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Təbiət hadisəsi zamanı vulkan kraterindən çıxan kül kütləsi 1100 metr yüksəkliyə qədər qalxaraq cənub istiqamətində hərəkət edib. Müvafiq vulkanologiya idarəsi bölgə əhalisinə və səyahətçilərə kraterin 8 kilometrliyinə qədər olan məsafəyə daxil olmamağı şiddətlə tövsiyə edib. Qeyd edək ki, Semeru vulkanı Yava adasının ən uca nöqtəsi hesab olunur və ölkə üzrə hündürlüyünə görə dördüncü yerdə qərarlaşıb. Ümumilikdə İndoneziya adalar qrupunda 500-dən çox vulkan mövcuddur və onlardan təqribən 130-u aktiv statusdadır. Bu region Sakit okean hövzəsində seysmik cəhətdən yüksək aktivliyi ilə seçilən və "Atəş halqası" kimi tanınan zonada yerləşir.
Mənbə oxu.az

Oxşar Xəbərlər