İdman
Afrika futbolunda qəribə hadisə: Yığmanın yeddi üzvü yarışdan sonra itkin düşdü
Eritreya milli futbol komandasının yeddi oyunçusu Cənubi Afrikada Esvatini yığmasına qarşı keçirilən səfər matçından sonra müəmmalı şəkildə itkin düşüb. Oxu.Az xəbər verir ki, bu qeyri-adi hadisə barədə tanınmış jurnalist Romen Molina özünün "X" sosial şəbəkə hesabında məlumat yayıb. Xatırladaq ki, 2027-ci il Afrika Millətlər Kubokunun təsnifat mərhələsi çərçivəsində martın 31-də baş tutan bu cavab qarşılaşması Eritreya yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşmışdı. Qeyd edək ki, Eritreya millisi 2019-cu ilin dekabr ayından bəri yoldaşlıq görüşləri də daxil olmaqla heç bir rəsmi matçda iştirak etməyib və məhz bu səbəbdən Beynəlxalq Futbol Federasiyasının (FIFA) reytinq siyahısından kənarlaşdırılıb.
Mənbə
oxu.az