İdman
İngiltərə Federasiya Kuboku: Həlledici mərhələnin rəqibləri bəlli oldu
İngiltərə Federasiya Kubokunun yarımfinal mərhələsinin püşkü atılıb. Oxu.Az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. Püşkatmanın nəticələrinə əsasən, "Çelsi" klubu yarımfinalda "Lids Yunayted" ilə üz-üzə gələcək. Digər cütlükdə isə "Mançester Siti" komandası "Sauthempton"la qüvvəsini sınayacaq. Turnirin bu mərhələsinin oyunları aprelin 25-i və 26-da "Uembli" stadionunda keçiriləcək.
Mənbə
oxu.az