İdman

Misli Premyer Liqası: "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə

06 Apr 2026, 09:52 1 baxış
Misli Premyer Liqası: "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə
Misli Premyer Liqasında bu gün XXVI turun daha bir oyunu keçiriləcək. Oxu.Az xəbər verir ki, günün tək matçında "Qarabağ" səfərdə "Karvan-Yevlax" ilə üz-üzə gələcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmaya saat 19:00-da start veriləcək. Qeyd edək ki, Ağdam klubu 52 xalla ikincidir. Yevlaxlılar isə 8 xalla sonuncu - 12-ci sırada yer alıb. 6 aprel 19:00, "Qarabağ" - "Karvan-Yevlax" Hakimlər: Kamranbəy Rəhimov, Asiman Əzizli, Kərim Zeynalov, Əkbər Əhmədov VAR: Emin Əliyev AVAR: Tural Qurbanov Hakim-inspektor: Rəhim Həsənov AFFA nümayəndəsi: İlham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionu Xatırladaq ki, ötən gün "Qəbələ" səfərdə "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1) məğlub edib. Tura sabah yekun vurulacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər