İdman

Nəriman oynadı, komandası qalib gəldi

05 Apr 2026, 12:01 1 baxış
Nəriman oynadı, komandası qalib gəldi

Azərbaycan millisinin və ABŞ-ın "Kolambus Kryu" klubunun futbolçusu Nəriman Axundzadə MLS-də ikinci oyununu keçirib.


Axar.az xəbər verir ki, 21 yaşlı hücumçu müntəzəm mövsümün VI turunun "Atlanta Yunayted"lə səfər matçında meydana çıxıb. Gənc forvard 90-cı dəqiqədə Andres Erreranı əvəzləyib.


Qarşılaşma qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Bu, “Kolambus Kryu”nun cari mövsümdə ilk qalibiyyəti olub.


Qeyd edək ki, ABŞ klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər