İdman

Premyer Liqa: "Qəbələ" "Kəpəz"in, "Neftçi" "Sumqayıt"ın qonağı olacaq

05 Apr 2026, 09:24 1 baxış
Premyer Liqa: "Qəbələ" "Kəpəz"in, "Neftçi" "Sumqayıt"ın qonağı olacaq
Bu gün futbol üzrə Misli Premyer Liqasında XXVI tura start veriləcək. Oxu.Az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək. Günün ilk matçında "Kəpəz" "Qəbələ"ni sınağa çəkəcək. Yevlax şəhər stadionunda oynanılacaq qarşılaşma saat 15:30-da başlayacaq. Hazırda "Kəpəz" 21 xalla 10-cu, "Qəbələ" 16 xalla 11-cidir. Digər oyun isə Sumqayıtda şəhərin eyniadlı təmsilçisi ilə "Neftçi" arasında reallaşacaq. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək görüş saat 18:00-da start götürəcək. Turnir cədvəlində Bakı klubu 37 xalla 6-cı, "gənclik şəhəri" təmsilçisi isə 32 xalla 7-ci sırada yer alıb. Qeyd edək ki, turun digər matçları aprelin 6-7-də keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər