İdman

Nəriman Axundzadə MLS-də ikinci oyununa çıxdı, komandası qalib gəldi

05 Apr 2026, 09:48 1 baxış
Nəriman Axundzadə MLS-də ikinci oyununa çıxdı, komandası qalib gəldi
ABŞ-nin "Kolambus Kryu" klubunun şərəfini qoruyan Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə MLS-də ikinci oyununu keçirib. Oxu.Az xəbər verir ki, 21 yaşlı hücumçu müntəzəm mövsümün VI turunun "Atlanta Yunayted"lə səfər matçında meydana çıxıb. O, 90-cı dəqiqədə Andres Erreranı əvəzləyib. Görüş qonaq komandanın 1:3 hesablı qələbəsi ilə yekunlaşıb. Bu, "Kolambus Kryu"nun cari mövsümdə ilk qalibiyyətidir. Qeyd edək ki, "Kolambus Kryu" klubuna qış fasiləsində "Qarabağ"dan keçən Nəriman Axundzadə MLS təmsilçisi ilə 2029-cu ilin yayınadək müqavilə imzalayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər