İdman

"Çelsi"nin sabiq futbolçusu Oskar 34 yaşında karyerasını başa vurdu

05 Apr 2026, 02:36 1 baxış
"Çelsi"nin sabiq futbolçusu Oskar 34 yaşında karyerasını başa vurdu
Braziliya millisinin sabiq yarımmüdafiəçisi Oskar 34 yaşında futbolçu karyerasını başa vurub. Oxu.Az xəbər verir ki, bu barədə "San-Paulu" klubunun rəsmi saytı məlumat yayıb. "San-Paulu"da çıxış edən futbolçu bildirib ki, karyerasını davam etdirmək istəsə də, buna imkan olmayıb. "Mən "San-Paulu" üçün daha çox şey etmək istəyirdim, oynamağa davam etməyi planlaşdırırdım. Düşünürəm ki, həm futbolçu keyfiyyətim, həm də yaşım buna imkan verirdi, amma təəssüf ki, belə alındı. Karyeramı başa vururam və "San-Paulu"nu bundan sonra azarkeş kimi dəstəkləyəcəyəm", - deyə o qeyd edib. Qeyd edək ki, Oskar ötən il noyabrın 11-də tibbi müayinə zamanı huşunu itirib və sonradan onda ürək problemləri aşkar edilib. O, 2012-2017-ci illərdə Londonun "Çelsi" klubunda heyətində çıxış edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər