İdman
İngiltərə Kuboku: "Çelsi" rəqibini darmadağın etdi
Futbol üzrə İngiltərə Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilir. Oxu.Az xəbər verir ki, Londonda yerli "Çelsi" aşağı liqa təmsilçisi "Port Veyl" klubunu qəbul edib. Qarşılaşma 7:0 hesabı ilə londonluların qələbəsi ilə başa çatıb. Qolları 2-ci dəqiqədə Yorrel Hato, 25-ci dəqiqədə Joao Pedro, 42-ci dəqiqədə Cordan Qabriel (avtoqol), 56-cı dəqiqədə Tosin Adarabioyo, 69-cu dəqiqədə Andrey Santos, 82-ci dəqiqədə Estevao və 90+2-ci dəqiqədə Alexandro Qarnaço (penalti) vurublar.
Mənbə
oxu.az