İdman
Avropa kuboku: Azərbaycanın yeniyetmə cüdoçuları yarışın ilk günündə 13 medal qazanıblar
Gəncədə keçirilən yeniyetmə cüdoçuların Avropa Kuboku yarışlarının ilk günü Azərbaycan milli komandası üçün uğurlu keçib. Oxu.Az xəbər verir ki, təmsilçilərimiz turnirin ilk günündə ümumilikdə 13 medal qazanmağa müvəffəq olublar. Yarışın ilk günündə fəxri kürsünün ən yüksək pilləsinə Rza Xəlilov (55 kq) qalxaraq qızıl medalın sahibi olub. Gümüş medalları isə İbrahim Talıbov (55 kq), Fərid Rzazadə (50 kq), Fatimə Fərmanzadə (48 kq), İlkin Qarayev (66 kq) qazanıblar. Daha səkkiz cüdoçumuz isə yarışı bürünc medalla başa vurub: Fərid Xudiyev (55 kq), Mehman Əsgərov (60 kq), Sənan Piriyev (66 kq), Sunay Salamova (40 kq), Fatimə Abdullayeva (44 kq), Könül Eyvazlı (48 kq), Zəhra Mövlamverdiyeva və Nərgiz Ağamirzəzadə (hər ikisi 52 kq). Qeyd edək ki, Gəncə İdman Sarayında təşkil olunan turnirə aprelin 5-də yekun vurulacaq.
Mənbə
oxu.az