İdman

Türkiyə futbolunda qapıçıdan möhtəşəm qol - Video

04 Apr 2026, 19:18 1 baxış
Türkiyə futbolunda qapıçıdan möhtəşəm qol - Video

"Kasımpaşa"nın qapıçısı Andreas Yanniotis öz qapısından rəqib qapısına qol vuraraq tarixə düşüb.


Axar.az Qol.az-a istinadən xəbər verir ki, Superliqanın 28-ci turu çərçivəsində keçirilən "Kasımpaşa" - "Kayserispor" matçı meydan sahiblərinin üstünlüyü ilə yadda qalıb. Görüşün 66-cı dəqiqəsində topu oyuna daxil edən yunanıstanlı qapıçı Andreas Yanniotis nadir rast gəlinən hadisəyə imza atıb. Onun uzaq məsafədən vurduğu zərbə rəqib cərimə meydançasına düşərək yerdən sıçrayıb və qapıya daxil olub.


Qeyd edək ki, "Kasımpaşa" - "Kayserispor" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Mənbə axar.az

Oxşar Xəbərlər