İdman
Maqnus Karlsendən gözlənilməz addım: Qızı selfiyə görə pərt etdi - FOTO - VİDEO
Şahmat üzrə 16-cı dünya çempionu, norveçli qrosmeyster Maqnus Karlsen Almaniyada keçirilən "Grenke Freestyle Open" turnirində qazaxıstanlı şahmatçı Alui Nurmanın iştirakı ilə baş verən hadisədən sonra müzakirə mövzusu olub. Oxu.Az-ın xəbərinə görə, bu barədə Vesti.kz nəşri məlumat verir. Məlumata görə, ikinci raund başlamazdan əvvəl Nurman Karlsenə yaxınlaşıb və onunla selfi çəkdirməyi xahiş edib. Norveçli imtina etməyib, sakitcə poza verib, gülümsəyib və rəqibi ilə selfi çəkdirib. Lakin qısa müddət sonra Karlsen yarışın təşkilatçılarına müraciət edib və oyunçunun üzərində mobil telefon olduğu üçün ondan şikayət edib.
Turnir qaydalarına əsasən, oyun zamanı telefondan istifadə və hətta üzərində telefon olması qəti şəkildə qadağandır. Nəticədə arbitr oyun başlamazdan əvvəl Nurmanın cihazını müsadirə etmək məcburiyyətində qalıb ki, qaydalara uyğunluğu təmin etsin və mümkün pozuntuların qarşısını alsın.

Mənbə
oxu.az