İdman

"Qarabağ"ın tarixində 18-ci FUTBOLÇU: Kadi Borges "40"a çatdı

04 Apr 2026, 17:32 1 baxış
"Qarabağ"ın tarixində 18-ci FUTBOLÇU: Kadi Borges "40"a çatdı
Kadi Borges "Qarabağ"ın heyətində 40-cı qolunu vurub. Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb. Bildirilib ki, braziliyalı yarımmüdafiəçi Bizon Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Sabah"la qarşılaşmasında (2:2) dubl müəllifi olub. O, bununla da Ağdam klubunda keçirdiyi 123-cü matçda qol sayını "40"a çatdırıb. Cənubi amerikalı Premyer Liqada 24 (70 oyunda), Azərbaycan Kubokunda 6 (14 oyunda), avrokuboklarda 10 (39 oyunda) qola imza atıb. Kadi "Qarabağ"ın tarixində 40 və daha çox qol vuran 18-ci futbolçudur. Qeyd edək ki, Borges "Qarabağ"da ilk qolunu 2021-ci il avqustun 12-də Konfrans Liqasının III təsnifat mərhələsinin AEL (Kipr) ilə ev oyununda vurub.
Mənbə oxu.az

Oxşar Xəbərlər