İdman

Marko Yankoviç: "Sabah"a qarşı oynamaq çətindir"

04 Apr 2026, 16:20 1 baxış
Marko Yankoviç: "Sabah"a qarşı oynamaq çətindir"
"Belə matçlarda öncədən proqnoz vermək olmur. Əlbəttə, məqsəd finaldır. Azərbaycan Kubokunu qazanmaq istəyirik. Şübhəsiz, bunun üçün əlimizdən gələni edəcəyik". Oxu.Az xəbər verir ki, bu sözləri "Teleqraf"a açıqlamasında "Qarabağ"ın monteneqrolu futbolçusu Marko Yankoviç deyib. 31 yaşlı yarımmüdafiəçi Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Sabah"la 2:2 hesablı heç-heçəni şərh edib: "Maraqlı matç alındı. Belə atmosferdə oynamaq xoş təəssürat yaradır. Azarkeşlərin çoxluğu bizi daha da sevindirdi. Nəticə barədə konkret nə isə demək istəmirəm. Onlara qarşı müxtəlif turnirlərdə - həm Premyer Liqada, həm də kubokda oynamışıq. Yaxşı heyətə malikdirlər. Biz rəqibi yaxşı təhlil etmişdik, eyni zamanda "Sabah" da oyuna ciddi hazırlaşmışdı. Onlar hər matça xüsusi istəklə çıxırlar. Bu futboldur - bəzən qalib gələrsən, bəzən uduzarsan. Bu oyunu analiz edib, növbəti matça daha yaxşı hazırlaşmağa çalışacağıq. İkinci oyuna köklənməliyik. Qarşıda bizi 90 dəqiqə gözləyir, heç nə bitməyib. İndidən nəticə ilə bağlı danışmaq çətindir. Belə rəqibə qarşı oynamaq çətindir. "Sabah" yüksək keyfiyyətlərə malik komandadır. Cavab matçına hazır olmalıyıq. Yalnız qələbə qazanıb final oynamağa köklənmişik" . Yankoviç hakimliklə bağlı danışmaq istəməyib: "Bu barədə danışmaq istəmirəm. Komanda olaraq belə məsələlərə fokuslanmırıq. Bu, bizi maraqlandırmır. Məqsədimiz aydındır - finala yüksəlmək və kuboku qazanmaqdır". Qeyd edək ki, "Qarabağ" və "Sabah" arasında cavab qarşılaşması aprelin 22-də "Bank Respublika Arena"da keçiriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər