İdman

Azərbaycanlı deputat Türkiyədə zədələndi - Video

04 Apr 2026, 15:05 1 baxış
Azərbaycanlı deputat Türkiyədə zədələndi - Video

Türkiyənin Antalya şəhərində Türk Dünyası Parlamentlərarası beynəlxalq futbol turnirinin final matçı keçirilib.


Axar.az Unikal.az-a istinadən xəbər verir ki, turnirin final qarşılaşmasında Azərbaycan və Türkiyə nümayəndələri üz-üzə gəliblər.


Qarşılaşma Türkiyə milli komandasının 3:1 hesablı qələbəsi ilə başa çatıb.


Matçda azərbaycanlı deputat Kamran Bayramov oyunun 20-ci dəqiqəsində ciddi zədə alıb. O, həkimlərin müdaxiləsindən sonra meydanı tərk etməli olub.


Yığmamızın yeganə qolunu isə 49-cu dəqiqədə Fərid Məmmədquluzadə vurub.


Beləliklə, Azərbaycan turniri ikinci yerdə tamamlayıb. Qırğızıstan isə üçüncü olub.


Qeyd edək ki, bundan əvvəl Azərbaycan Qırğızıstana 1:2 hesabı ilə məğlub olub. Şimali Kiprə isə 3:0 hesabı ilə qalib gəlmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər