İdman

Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayı artırılır? - RƏSMİ AÇIQLAMA - FOTO

03 Apr 2026, 12:28 1 baxış
Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayı artırılır? - RƏSMİ AÇIQLAMA - FOTO
"Misli Premyer Liqasında iştirak edən klubların sayının artırılması tezliklə müzakirə olunacaq". Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.
O, bunun üçün ilk növbədə stadion məsələləri həll olunmalı olduğunu qeyd edib: "Burada əsas məsələ infrastrukturun hazırlığıdır. Biz potensial olaraq hansı klubların çıxış edə biləcəyini və onların infrastrukturunu düzgün qiymətləndirməliyik. Məqsədimiz odur ki, çempionatda mübarizə aparacaq bütün klubların stadion məsələsini tam həll edək". "Hazırda bu məsələni uzun müddətdir müzakirə edirik. İcraiyyə komitəsinin növbəti iclaslarından birində bununla bağlı müvafiq qərarların verilməsi nəzərdə tutulur", - deyə R.Nəcəf vurğulayıb.
Azərbaycan Premyer Liqasında iştirak edəcək klubların sayı artırılır? - RƏSMİ AÇIQLAMA - FOTO
Mənbə oxu.az

Oxşar Xəbərlər