İdman

U-20 milli komandasının təlim-məşq toplanışı keçiriləcək

03 Apr 2026, 11:12 1 baxış
U-20 milli komandasının təlim-məşq toplanışı keçiriləcək
2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatına hazırlıq məqsədilə Azərbaycan U-20 milli komandasının təlim-məşq toplanışı keçiriləcək. Oxu.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb. Toplanış 13-26 aprel tarixlərini əhatə edəcək. AFFA və PFL-in məsləhətləşmələrindən sonra bütün potensial futbolçuların sınaqdan keçirilməsi məqsədilə Əvəzedicilər Liqasının təqvimində iştirakçı komandaların məlumatlandırılması şərti ilə dəyişiklik ediləcək. Belə ki, Əvəzedicilər Liqasının aprelin 13-də keçiriləcək oyunlarından sonra yarışda ikihəftəlik fasilə yaranacaq. Yarışın oynanılmayan hissəsinin yeni təqvimi ilə bağlı əlavə məlumatlar veriləcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər