Siyasət

Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ olacaq - QƏRAR

03 Apr 2026, 11:26 1 baxış
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ olacaq - QƏRAR
Yeni tikilən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 81.3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilib. Oxu.Az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən yeni tikilən 81.7 kilometrlik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 81.3 kilometrlik hissəsi ödənişli avtomobil yolu kimi müəyyən olunub. Ödənişli avtomobil yolunun başlanğıc və son nöqtələri müəyyənləşib. - başlanğıc nöqtəsi: M-6 Hacıqabul-Bəhramtəpə-Mincivan avtomobil yolunun 157-ci kilometri; - son nöqtəsi: Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun (Zəfər yolu) 100.5-ci kilometri. Tarif (qiymət) Şurası ödənişli avtomobil yolu ilə nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləğini avtomobil yolunun dərəcəsi nəzərə alınmaqla təsdiq edəcək. Qeyd edək ki, ölkədəki ilk ödənişli Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu 2023-cü il oktyabrın 20-də istifadəyə verilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər