Siyasət

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

04 Oct 2026, 20:07 4 baxış
2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

2022-ci ilin may ayında Azərbaycanda keçirilən TEXNOFEST Aviasiya, Kosmonavtika və Texnologiya Festivalı böyük uğur qazandı. Bunu Azərbaycanda TEXNOFEST nəslinin yüksəlişinin şahidi olduğumuz üçün xatırlayırıq.


Axar.az xəbər verir ki, TEXNOFEST Direktorlar Şurasının və T3 Vəqfi Qəyyumlar Şurasının sədri Səlcuq Bayraqdar bu sözləri Şanlıurfada keçirilən “TEXNOFEST - Cənub-Şərq” festivalının yarış proqramlarında Azərbaycan komandalarının fəal iştirakından danışarkən deyib.


S.Bayraqdar xatırladıb ki, 97 ölkəni təmsil edən komandalar Şanlıurfada keçirilən festivalda iştirak etmək üçün müraciət edib və bu, artıq 15-ci ilini qeyd edən tədbirin artan populyarlığını nümayiş etdirir.


T3 Vəqfi Qəyyumlar Şurasının sədri müasir Türkiyənin texnologiya və müdafiə sahəsindəki nailiyyətlərinə diqqət çəkib.


“Son 20 ildə Türkiyə dünyanın ən böyük hücum PUA-ları istehsalçısına çevrilib”, - deyə o bildirib.


“Biz dünyanın 40 ölkəsində fəaliyyət göstəririk və onlardan yeddisində dronların birbaşa istehsalını qurmuşuq”, - deyən S.Bayraqdar həmçinin Türkiyəni tərk etmiş mütəxəssislərin fəal şəkildə ölkəyə qayıtdığını qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər